“Qarabağ”: 100 addım geri
03.07.2012 - 10:34
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti reytinqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son 1 ili əhatə edən cədvəldə planetin 416 komandası yer alıb. Azərbaycanın ən yaxşılar arasında isə yeganə təmsilçisi yenə “Qarabağ”dır.
Son mövsümdə ciddi uğur qazana bilməyən ağdamlılar son 1 ayda 100 pillə geriləyiblər. Ötən ay açıqlanan reytinqə 72,5 xalla 299-cu pillədə olan Qurban Qurbanovun yetirmələri son siyahıda 60,5 xalla 399-cu yerə şərikdir.
Klublarımızın avrokuboklardakı rəqibləri də reytinqdə yer alıb. Çempionlar Liqasında “Neftçi” ilə qarşılaşacaq Gürcüstan “Zestafoni”si 97 xalla 152-ci pillədədir. “Xəzər Lənkəran”ın Avropa Liqasındakı rəqibi Estoniya “Nomme Kalyu”su 62 xalla planetin 383-cü komandasıdır.
“Bakı” və “İnter”in Avropa Liqasındakı rəqibləri isə siyahıya düşməyib. Belə ki, Sloveniya “Mura”sı və Estoniya “Trans”ı dünyanın 416 ən yaxşı klubu sırasında deyil.
Qeyd edək ki, reytinqə 356 xalla İspaniyanın “Barselona” klubu başçılıq edir. Çili təmsilçisi “Universidad” 335 xalla –ci, Madrid “Real”ı isə 295 xalla 3-cüdür.

0
0