Buffon daha 2 il yığmada
03.07.2012 - 10:43
İtaliya yığmasının kapitanı Canluicci Buffon milli karyerasını bitirməyə tələsmir. Apasport.az saytının məlumatına görə, “Yuventus”un 34 yaşlı qapıçısı yığmada çıxışını davam etdirəcəyini açıqlayıb. Buffon 2014-cü ildə keçiriləcək dünya çempionatına qədər millidə qalmaq fikrindədir: “Konfederasiyalar kubokunda görüşərik. Mən komandada qalıram və Braziliyadakı dünya çempionatına azarkeş kimi getmək istəmirəm”.
Qeyd edək ki, son Avropa çempionatının gümüş medalçısı, 2006-cı ildə dünya çempionatının qalibi olan Buffon 1997-ci ildən oynadığı yığmada 115 oyun keçirib.
Qeyd edək ki, son Avropa çempionatının gümüş medalçısı, 2006-cı ildə dünya çempionatının qalibi olan Buffon 1997-ci ildən oynadığı yığmada 115 oyun keçirib.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0