Tixon Şişov: “Xəzər Lənkəran” cütün favoritidir - MÜSAHİBƏ
03.07.2012 - 12:41
Estoniyalı futbolçu Tixon Şişov şərəfini qoruduğu “Nomme Kalyu” klubunun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, müdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini açıqlayıb.
- Artıq ilk matçın keçiriləcəyi Lənkərandasınız. Vaxtilə oynadığınız komandanın təmsil etdiyi şəhərdə özünüzü necə hiss edirsiniz?
- Yenidən Azərbaycanda olduğum, sabiq komandam “Xəzər Lənkəran”a qarşı oynayacağım üçün xoşbəxtəm.
- Rəqibi daha yaxşı məhz siz tanıyırsınız...
- “Xəzər Lənkəran” çox güclü komandadır. Onlar topu özlərində saxlamağı, yerlə oynamağı bacarırlar. Yaxşı bilirəm ki, rəqibimiz fiziki, texniki cəhətdən çox güclüdür, yaxşı keyfiyyətlərə malikdir.
- Belə komanda ilə oyunlardan nə gözləyirsiniz?
- Görək, necə olacaq.
- Vaxtilə “Xəzər Lənkəran”dan problemlə ayrılmışdınız. Onlara qarşı xüsusi acıq hissi ilə oynayacaqsınız?
- Mənim komandadan getməyim rəhbərliyinin qərarı idi. Komanda ilə bağlılığı yox idi. Bu anlaşılmazlığı menecerlərin, yaxud kimin başladığını bilmirəm. Bir az incikliyim var. Lakin bunda komanda günahkar deyil.
- Mərhələ keçmək şanslarınızı necə dəyərləndirirsiniz?
- Biz “Xəzər Lənkəran”ı uda da bilərik. Burda məsələ odur ki, biz potensialımızı nə dərəcədə ortaya qoya biləcəyik. “Xəzər Lənkəran”ın reytinqi daha yüksəkdir və cütün favoriti sayılır. Biz isə çalışacağıq ki, qalib gələk.
- Estoniya çempionatının son oyununda qarşılaşdığınız Tallin “Levadiya”sı ilə “Xəzər Lənkəran”ı müqayisə edə bilərsiniz?
- “Levadiya” və “Xəzər Lənkəran” arasında gecə ilə gündüz arasındakı qədər fərq var. “Xəzər Lənkəran” güclü komandadır. Bizə də çox çətin olacaq. Lakin bacardığımızı edəcəyik.

0
0