Respublika stadionunun açılışı hansı oyunda olacaq?
03.07.2012 - 16:02
Azərbaycan Superkubokunun bərpa olunması yenidən gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının və kubokunun qalibi artıq bu mövsüm üz-üzə gələ bilər.
Artıq AFFA prezidenti Rövnəq Abdullayev də sonuncu dəfə 1995-ci ildə keçirilən Superkubokun 17 ildən sonra keçirilməsinə münasibət bildirib.
Qurum başçısı yarışın bərpası ilə bağlı yeni ideya da verib. O bildirib ki, təmirə dayanan Tofiq Bəhramov adına Respublika stadionunun yenidənqurma işlərindən sonra açılışını məhz Superkubok oyunu ilə keçirmək olar.
Lakin bunun reallaşması üçün çempion “Neftçi” və kubokun qalibi “Bakı” avrokuboklarda mübarizəni dayandırmalıdır. Əks halda isə çətin ki, klublar hələki könüllülük prinsipi ilə olan Superkubokda oynamağa razı olsun.
PFL-in prezidenti postuna ikinci dəfə seçilən Ramin Musayev də məsələyə münasibət bildirərək klublarımızın Avropada uğurunu istədiklərini, bunun Superkubokdan daha önəmli olduğunu açıqlayıb.

0
0