Kaxaber Sxadadze: Hələ 2 oyunçu da transfer edəcəyik
03.07.2012 - 16:10
Kaxaber Sxadadze: Hələ 2 oyunçu da transfer edəcəyik
“İnter” daha 2 futbolçu transfer edəcək. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Kaxaber Sxadadze verib.

Gürcüstanlı mütəxəssis bildirib ki, indiyədək edilən transferlərlə kifayətlənməyəcəklər. Tales Şütz, Ramil Həşimzadə, Georgi Adamiya, Slavço Georgiyevski, Elşən Poladov, Revaz Tevdoradze, Ruslan Əmircanov, Brüs Abdulaye ilə güclənən paytaxt təmsilçisinin çalışdırıcısı daha 2 oyunçunun transferini istəyir: “Planlaşdırdığımız bütün mövqelərə oyunçu aldığımızı demək olmaz. Hələ 2 oyunçu da transfer edəcəyik. Düşünürəm ki, “Trans”la ilk oyundan sonra bu məsələ də öz həllini tapacaq. Bizə 1 hücumçu və 1 mərkəz müdafiəçisi lazımdır”.

Qeyd edək ki, iyulun 5 və 12-də “Trans”la qarşılaşacaq “İnter”i ilk matçdan sonra transfer edəcəyi oyunçular II təsnifat mərhələsində oynamaq imkanı qazanacaq.