Dan Petresku: “Neftçi” ilə oyunda topa biz nəzarət edirdik
04.07.2012 - 09:19
Dan Petresku: “Neftçi” ilə oyunda topa biz nəzarət edirdik
“Yoxlama oyunları ilə bağlı nəzərdə tutduğumuz ritmi saxlaya bilmədik. Buna müəyyən səbəblər imkan vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Kuban” klubunun baş məşqçisi Dan Petresku deyib.

Rumıniya futbolunun əfsanələrindən olan sabiq müdafiəçi “Neftçi” ilə Avstriyada keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Lakin beynəlxalq arenada çıxış edən “Neftçi” ilə sınaqdan razıyam. Yükləmələrə baxmayaraq futbolçularımız daha çox hərəkət edirdi. Topa daha çox nəzarət edən də “Kuban” idi. Lakin oyunun gedişinə əsasən futbolçularıma bir sıra iradım var. Bunu oyunun təhlilində müzakirə edəcəyik. İlk yarıda gənclər çalışdılar, lakin hücumların inkişaf etdirilməsində ustalıq səviyyələri çatmadı. Belə yoxlama oyunları da ona görədir ki, çatışmayan cəhətləri üzə çıxarsın, üzərində çalışmalı olduqlarımızı göstərsin. Növbəti matçda fərqli heyətlə oynayacağıq. “Neftçi” ilə qarşılaşmada sonradan meydana çıxanlar bu dəfə start heyətində oynayacaq. Digərləri isə son yarım saatda oynayacaq”.

Qeyd edək ki, “Neftçi” rusiyalılarla görüşdə 0:2 hesabı ilə məlub olub.