Yunis Hüseynovun “Xəzər Lənkəran”da debütü
04.07.2012 - 10:42
Yunis Hüseynovun “Xəzər Lənkəran”da debütü
Sabah Yunis Hüseynov “Xəzər Lənkəran”ın baş məşqçisi postunda avrokuboklarda debüt edəcək. Apasport.az saytının məlumatına görə, karyerası ərzində başqa klubla qitə kuboklarında çıxış etmiş 47 yaşlı mütəxəssis cənubluları Avropa arenasında təmsil edəcək 4-cü çalışdırıcı olacaq.

İndiyədək 5 dəfə avrokuboklarda oynamış “Xəzər Lənkəran” bu turnirlərə 3 müxtəlif baş məşqçi ilə yollanıb. İlk cəhddə Rasim Karanın başçılığı altında uğursuzluq yaşayan komanda sonrakı 3 turnirində Ağasəlim Mircavadovla iştirak edib. Türkiyəlidən fərqli yerli mütəxəssislə daha yaxşı çıxış edən lənkəranlılar onun başçılığı altında 3 xal qazana bilib.

Son cəhddə - ötən mövsüm yenidən əcnəbi mütəxəssislə Avropaya gedən “Xəzər Lənkəran” rumıniyalı Mirça Redniklə də 1 xal qazana bilib. “Xəzər Lənkəran”ı Avropaya aparacaq 2-ci yerli, ümumilikdə isə 4-cü mütəxəssis olacaq Hüseynovun qitə kuboklarında 4 oyunu var. O. “Karvan”da çalışdığı vaxt UEFA kubokunda tarix yazıb. Bu turnirdə ilk dəfə mərhələ adlayan Azərbaycan klubuna rəhbərlik edən Hüseynov Slovakiya “Spartak”ı üzərində 1:0 hesablı 2 qələbənin memarı olub. Növbəti mərhələdə isə onun yetirmələri güclü “Slaviya”dan səfər xalı ala bilib – 0:2, 0:0.

Baş məşqçimövsümOQHMTX
1.Ağasəlim Mircavadov360334-103
2.Mirça Rednik120111-31
3.Rasim Kara120022-50


Mənbə: lankaranfc.com