Vitali Borisov: “Araz”ın iddiası indi lap artıb - MÜSAHİBƏ
04.07.2012 - 11:40
Azərbaycan milli komandasının və “Araz” futzal klubunun üzvü Vitali Borisov Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, futzalçı karyerası haqda danışıb.
- Azərbaycandakı karyeranız necə gedir?
- “Dina”dan qarşılıqlı razılıqla ayrıldıq. Zədələr imkan vermirdi ki, rəhbərliyə özünmü göstərim, kömək edə biləcəyimi sübut edim. “Araz”a qayıtdım. UEFA kubokunda 3-cü yeri tutduq. Yığma ilə Avropada 4-cü olduq. Bilmək olmaz Moskvada qalsaydım bunlara nail olacaqdım. Hər nə olursa yaxşılığa doğrudur.
- Qarşıdakı mövsüm yenə “Araz”da qalacaqsınız?
- Hələ bilmirəm. Müqaviləm başa çatıb, məzuniyyətdəyəm. “Araz” yeni müqavilə təklif edib. Moskvadan qayıdıb qərar verəcəm.
- “Araz”ın qarşısına böyük vəzifələr qoyulub?
- “Araz”ın qarşısına həmişə böyük məqsədlər qoyulub. İndi isə iddia lap artıb. Artıq avrokuboklarda qələbə qazanmaq, kuboku Azərbaycana aparmaq haqda düşünmək vaxtıdır. Rəhbərlik də bunu istəyir, Elə biz oyunçular da. Bunun üçün hər şey edilir. Amma hələlik alınmır. Son turnirdə “Barselona”nı keçə bilmədik.
- Rusiya futzalını, “Dina”nın çıxışını izləyirsiniz?
- Əlbəttə ki, izləyirəm. Buna hər cür imkan da var. “Dina” da mənim üçün doğmadır. Bu komanda mənə çox şey verib. Azca bəxtimiz gətirmədi. Lakin ümid edirəm ki, qarşıdakı mövsümdə daha uğurlu çıxış edəcək.

0
0