Rahid Əmirquliyev üçün əlamətdar oyun
04.07.2012 - 12:07
Rahid Əmirquliyev üçün əlamətdar oyun
Avropa Liqasının I təsnifat mərhələsinin “Nomme Kalyu” ilə oyunları “Xəzər Lənkəran”ın futbolçuları üçün fərqli xarakter daşıyacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bəzi oyunçuları ilk dəfə klubu Avropa miqyasında təmsil edəcək. Bəziləri üçün isə bu matçlar rekord şansı olacaq.

Belə ki, indiyədək 47 futbolçu avrokuboklarda “Xəzər Lənkəran” forması geyib. Estoniya təmsilçisinə qarşı matçda debüt edəcək oyunçular bu rəqəmi artıracaq. Ən çox oyun keçirən 3 futbolçudan ikisi – Rahid Əmirquliyevlə Alim Qurbanov isə qitə kuboklarında mütləq rekordçu ola bilər. Məşqçi Zaur Ramazanov kimi 8 oyun keçirən cütlük önə keçmək imkanı əldə edib.

Komandanın kapitanı olan Rahid avrokubok matçına ilk dəfə kapitan sarğısı ilə çıxacaq. Ona qədər Kamran Ağayev 4, Samir Əliyevlə Dmitri Kramarenko hərəyə 2, Emin Quliyevlə Zaur Ramazanov isə 1 dəfə buna nail olub.

Zaur Ramazanovun digər rekordu isə hamıdan çox 3 qol vurmasıdır. Ondan başqa, Samir Əliyev, Allan Lalin, Junior Osvaldo və Andrey Mureşan hərəyə 1 dəfə fərqləniblər. Onlardan heç biri indi komandada futbolçu kimi oynamır. Bu isə o deməkdir ki, Avropadakı 5 bombardir siyahısı Estoniya təmsilçisinin qapısına qol vuranlar hesabına artacaq.

 futbolçuoyunqolVərəqəqırmızıkapitan
1.Zaur Ramazanov83101
2.Alim Qurbanov80100
3.Rahid Əmirquliyev80200
4.Kamran Ağayev6-8104
5.Radomir Todorov60100
6.Rəşad Abdullayev60200
7.Elmar Baxşıyev40310
8.Elnur Allahverdiyev40100
9.Emeka Opara40000
10.Füzuli Məmmədov40200
11.Xaqani Məmmədov40000
12.Yakuba Bamba40000
13.Emin Quliyev30211
14.Junior Osvaldo31000
15.Dieqo Qusmao30000
16.Elvin Beqiri30000
17.Samir Əliyev21002
18.Dmitri Kramarenko2-5102
19.Allan Lalin21000
20.Andrei Mureşan21000
21.Adrian Pit20000
22.Amid Hüseynov20100
23.Audriyus Veykutis20000
24.Çaba Borbeli20000
25.Ceyhun Sultanov20000
26.Daruius Jutautas20100
27.David İmedaşvili20200
28.Denis Silva20000
29.Devran Ayhan20000
30.Eder Bonfim20100
31.İlqar Qurbanov20000
32.Joao Paulo20000
33.Julius Vobay20100
34.Kamal Quliyev20000
35.Katalin Doman20100
36.Kostadin Cambazov20200
37.Mahir Şükürov20000
38.Mahmud Qurbanov20000
39.Mario Souza20000
40.Marius Onoofraş20000
41.Martin Stankov20000
42.Miroslav Saviç20000
43.Rikardo Qomeş20100
44.Ədəhim Niftəliyev10000
45.Edmond N Tiamoa10310
46.Milorad Koraç1-2000
47.Aleksandr Martyoşkin1-3000