“Xəzər Lənkəran” tarixi şansı qaçırdı
05.07.2012 - 20:51
“Xəzər Lənkəran” tarixi şansı qaçırdı
“Xəzər Lənkəran” avrokuboklarda tarixi şansını qaçırdı. Apasport.az saytının məlumatına görə, lənkəranlılar qitə miqyaslı turnirdə 11-ci oyununda da qələbəyə həsrət qaldı. Hərçənd, Estoniyanın “Nomme Kalyu” ilə Lənkərandakı matçda hesabda erkən geri düşən cənub klubu fasiləyə kimi nəinki tarazlığı bərpa edə, hətta irəlidə yollana bildi. Ancaq 2-ci hissədə də qapısında top görən “Xəzər Lənkəran” bununla öz meydanında 2:2 hesablı bərabərliklə razılaşdı.

Bu isə o deməkdir ki, estonlar iyulun 10-da evdəki cavab matçında növbəti mərhələyə 0:0, 1:1 hesablı bərabərliklə də keçə biləcəklər. Lənkəran klubu isə ya qalib gəlməli, ya da ən azı 3:3 hesablı bərabərliyə imza atmalıdır.

Avroliqa, I təsnifat mərhələsi
İlk oyunlar


5 iyul

“XƏZƏR LƏNKƏRAN” (AZƏRBAYCAN) – “NOMME KALYU” (ESTONİYA) - 2:2
QOLLAR: Branimir Subaşiç, 6, Manuel Skarlatake, 31 - Hidetoşi Vakau, 5; Puri, 70
Baş hakim: Mitja Zganec
Hakim köməkçiləri: Gregor Rojko, Robert Vukan
Ehtiyat hakim: Dragoslav Peric
(Hakimlər briqadası Sloveniyadandır)
Hakim-inspektor: Jari Maisonlahti (Finlandiya)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Lənkəran. Şəhər mərkəzi stadionu

"Xəzər Lənkəran": Kamran Ağayev, Eder Bonfim, Manuel Skarlatake, Ruslan Abışov, Elnur Allahverdiyev, Roberto Alviz, Rahid Əmirquliyev (k), Sadio Tounkara, Rendall Brenes, Adrian Pit, Branimir Subaşiç.
Ehtiyat oyunçular: Kamal Bayramov, Rikardo Qomes, Radomir Todorov, Akif Tağıyev, Kamran Abdullazadə, Alim Qurbanov, Elnur Abdullayev

"Nomme Kalyu": Vitali Teles, Alo Baremgrub (k), Jorge Rodrigus, Eino Puri,Cessay Yankuba, Damiano Qintiere,Oliver Konsa, Kristen Viikma, Ken Kallaste, Hidetoşi Vaku, Tixon Şişov
Ehtiyat oyunçular: Marçin Zomerski, Marko Biançi, Andres Koogas, Yuri Yevdokimov, Sergey Terennov, Hideaki Takeda, Tanel Melts

Matçın başlamasına 2 saat qalsa da, artıq azarkeşlərin "Fırtınalar meydanı"na axını başlayıb. Fanatlar sevimli komandalarına məxsus şüarlarını səsləndirirlər.

"Xəzər Lənkəran" oyun qabağı isinmə hərəkətləri edir. Azarkeşlər durmadan komandalarını dəstəkləyirlər.
"Nomme Kalyu" da isinmə hərəkətləri etmək üçün meydana çıxır.

Millimizin baş məşqçisi Berti Foqts da artıq stadiondadır.

Komandalar azarkeşlərin sədaları altında meydana çıxırlar.

Baş hakimin start fiti. Qarşılaşmaya meydan sahibləri başlayır.

"Xəzər Lənkəran" erkən qol vurmağa çalışır.
Subaşiç Skarlatakenin ötürməsinə çata bilmədi.
Pitin qapı qarşısına ötürməsini estonlar uzaqlaşdırır.
Hesab açılır. Vakui müdafiəçilərin səhvindən sonra topu qapıya göndərir.
Qonaqların qol sevinci çox çəkmir. Subaşiç Pitin qapı qarşısına ötürməsini başla qapıdan keçirir.

Subaşiç dubl etməyə yaxın olun. Bonfimin ötürməsindən sonra Banya topu qapının üstündən vurur.
Estonlar Pitə qarşı kobud oynayırlar.

Stadionda boş yer yoxdur.

Pit cərimə zərbəsindən topu qapı qarşısına ötürür. Müdafiəçilər dəqiq oynadı.
Rahid rəqibi kobudluqla dayandırır.
“Nomme Kalyu”nun sağ cinahdan hücumu. Top qapı xəttindən çıxır.
Alvis meydanın mərkəzində topu itirir. Qonaqların hücumu təhlükəli alınır. Son anda Kamran topu tutur.
Subaşiçin zərbəsindən sonra müdafiəçiyə dəyən top kornerə çıxır.
Daha bir qol şansı. Bonfimin başla zərbəsini qapıçı iki həmləyə tutur.
Pitin zərbəsi. Korner.
Oyunda ilk sarı vərəqəni 28-ci dəqiqədə Alvis kobud oyuna görə alır.
30-cu dəqiqədə Pitin künc zərbəsindən sonra Skarlatake başla topu qapıdan keçirir.
Hakim Elnura sarı vərəqə göstərir. Üstəlik, estonlar təhlükəli nöqtədən cərimə zərbəsi vuracaq.
Kallastenin cərimə zərbəsi çox təhlükəli alındı. Kamran topu kornerə çıxardı.
Ardınca Subaşiç yenə də fərqlənməyə yaxın idi.
Bonfimin uzaqdan zərbəsi. Qeyri-dəqiqdi.

Subaşaiçin zərbəsini qapıçı kornerə çıxarır.
Brenesein möhtəşəm zərbəsi qapı tirinə dəydi.
İlk yarıya 1 dəqiqə əlavə olunur

Birinci hissə başa çatdı.

İkinci hissə başlayır.
"Xəzər Lənkəran" ikinci 45 dəqiqəyə də hücumlarla başlayır. Ederin zərbəsini qapıçı çətinlik çəkmədən tutur.
Rahid Əmirquliyev sarı vərəqə ilə cəzalandırılır.
Estonlar korner vuracaq.
Daha bir sarı vərəqə. Brenes simulyasiyaya görə cəzalanır.
Damiano ofsayta düşür.
Bonfim meydanın mərkəzində kobud oynayır.
Alvis Subaşiç üçün əlverişli şans yaradır. Amma Banyanın zərbəsində dəqiqlik çatmadı.
Qapışı Allahverdiyevin zərbəsini çətinliklə tutur.
“Xəzər Lənkəran”ın hücumları fayda vermir.
Subaşiçin zərbəsi dirəkdən qayıdır.
Cərimə zərbəsində sonra hesab bərabərləşir. Puri fərqlənir.
İlk oyunçu dəyişikliyi. Rikardo Qomes Sadionu əvəzləyir.

Pitin zərbəsindən sonra Skarlatake topu başla qapıya vurur. Teles yerindədir.
Top Purinin əlinə dəysə də, hakim oyunu saxlamır.
Teles növbəti dəfə komandasını qoldan xilas edir. O, Ederin yaxın məsafədən zərbəsini qaytarır.
Rikardoya qarşı kobudluq edilir.
pitin zərbəsi qapının yanından keçir.
Rahid kobud oynayır. Cərimə zərbəsi.
Ruslanın cərimə zərbəsindən sonra müdafiçəçilərə dəyən top kornerə çıxır.

Qarşılaşmanın əsas vaxtına 3 dəqiqə əlavə olunur.

Oyun başa çatır.