“Bakı” evdə qolsuz heç-heçə etdi - YENİLƏNİB
05.07.2012 - 21:50
“Bakı” evdə qolsuz heç-heçə etdi - YENİLƏNİB
“Bakı” Avroliqada növbəti mövsümə qolsuz bərabərliklə başlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun son qalibinin Sloveniyanın “Mura” klubu ilə “Dalğa Arena”dakı oyununda qapılara top vurulmayıb. Bununla da “zolaqlılar” mərhələ keçmək vəzifəsini iyulun 12-də keçiriləcək səfər matçına saxlayıb. Novruz Əzimovun yetirmələrinə 2-ci mərhələyə keşib, Bolqarıstan MOİK-inə rəqib olmaq üçün Sloveniyada istənilən qollu heç-heçə yetərlidir. Əgər orada da oyun 0:0 hesabı ilə bitərsə, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt, lazım olarsa hətta penaltilər seriyası təyin olunacaq.


Avroliqa, I təsnifat mərhələsi
İlk oyunlar


5 iyul

21:00. “BAKI” (AZƏRBAYCAN) – “MURA” (SLOVENİYA) -0:0
Baş hakim: Sergey Dankovski
Hakim köməkçiləri: Yevgeni Xalamendik, Oleksandr Yakimenko
Ehtiyat hakim: Vitali Romanov
(Hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Oleq Çikun (Belarus)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Bakı. “Dalğa Arena” stadionu

“Bakı”: 16. Aqil Məmmədov, 2. Edemir Rodriges, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 15. Cəmşid Məhərrəmov (k), 7. Deyvidas Çesnauskis, 8. Xavyer Junior Vilson, 10. Lukas Maro Horvat, 24. Nenan Kovaşeviç, 77. Aleksandr Şoliç, 23. Maris Verpakovskis

“Mura”: 12. Ales Luk, 4. Denis Kramar, 5. Erik Janza, 6. Leon Sreş, 7. Nusmir Fajiç, 9. Damyan Bohar, 11. Leon Horvat, 15. Fabyan Çipot (k), 17. Draqan Jeliç, 19. Matis Maruşko, 30. Mate Eteroviç

Oyun başladı.
Komandamız ərazi üstünlüyünə malikdir.
Qapıya ilk zərbə 9-cu dəqiqədə Eteroviçdən gəldi. Ancaq Məmmədov bu zərbəni tutmaqda çətinlik çəkmədi.
12-ci dəqiqədə Çesnauskisin sağ cinahdan ötürməsindən sonra top cərimə meydanında rəqib futbolçunun əlinə dəysə də, hakimin fiti susdu.
16-cı dəqiqədə bakılıların ilk künc zərbəsindən sonsa az qalan avtoqol qeydə alınacaqdı.
20-ci dəqiqədə Şoliçin sağ cinahdan cərimə zərbəsindən sonra qapıya göndərdiyi top dirəyin yanından keçir.
25-ci dəqiqədə Şolişin uzaq məsafədən zərbəsini rəqib qapıçı küncə çıxarır.
24-cü dəqiqədə Juniorun cərimə meydanından ötürməsindən sonra İvanovla Şoliç ardıcıl olaraq qapıya dəqiq zərbə vura bilmirlər.
25-ci dəqiqədə Şoliçin uzaq məsafədən zərbəsindən sonra rəqib qapıçı topu küncə çıxarır.
28-ci dəqiqədə Verpakovskisin başla zərbəsini qapıçı tutur.
30-cu dəqiqədə Aqil künc zərbəsindən sonra inamlı oynayır.
Bu dəqiqələrdə oyun qarşılıqlı hücumlar şəraitində keçir.
34-cü dəqiqədə hakimin daha bir səhvi. Qapıçı ilə təkbətək çıxan Marisin ofsaydda olduğuna işarə olunur.
36-cı dəqiqədə Juniorun cərmə zərbəsindən qapıya göndərdiyi top dirəyin lap yanından keçir.
39-cu dəqiqədə Deyvidasın sağ cinahdan ötürməsi təhlükəli alınır.
Bundan 1 dəqiqə sonra Şoliçin künc zərbəsindən sonra topu qapıçı tutur.
Hakim əlavə vaxt artırmır və ilk hissə qolsuz başa çatır.

2-ci hissə başladı.
Komandamız hücumlarını davam etdirsə də, hələ ki hesabı aça bilmir.
Rəqibin cərimə zərbəsi nəticəsiz qalır.
Oyunda ilk əvəzetmə 55-ci dəqiqədə olur. Şoliçin yerinə Rəhman Hacıyev meydana daxil olur və yarımmüdafiənin sol cinahında yer alır.
Matçda ilk sarı vərəqə 57-ci dəqiqədə qonaqların futbolçusu Horvata göstərilir.
Bakılıların heyətində 2-ci dəyişiklik 61-ci dəqiqədə reallaşır. Elvin Məmmədov Horvatı əvəzləyir.
1 dəqiqə sonra Rəhmanın topu saxlamadan qapıya zərbəsi tirin üstündən keçir.
Hacıyevin ardından 2-ci zərbəsi toru yandan silkələyir.
65-ci dəqqiədə Janza Çenaiskin reydini kobudluqda dayandırdığına görə sarı vərəqə alır.
66-cı dəqiqədə Kovaçeviçin zərbəsi qapının üstündən keçir. Karqbonun künc zərbəsindən sonra başla zərbəsi yaxşı alınmır.
Daja bir hakim səhvi. Rəqib qapıçı ötürmə nəticəsində topu tutsa da, hakim cərimə zərbəsi təyin etmir.
Gözlənilən əvəzləmə. Əsas qol ümidi Parks 69-cu dəqiqədə Verpakovskisi əvəzləyir.
71-ci dəqiqədə komandamız ilk sarı vərəqəni alır. Elvin kobudluğa görə cəzalandırılır.
73-cü dəqiqədə rəqibin təhlükəli hücumu nəticəsiz qalır.
Komandamız real qol imkanını qaçırır. 75-ci dəqiqədə Çesnauskisin sağ cinahdan ötürməsindən sonra yeni transferin yaxın məsafədən baş zərbəsi düz qapıçınən üstünə gedir.
76-cı dəqiqədə rəqibin heyətində ilk dəyişiklik. Yeliçi Rok Kuşnovyak əvəzləyir.
Daha bir hakim səhvi. Rəqib qapıçı topu komanda yoldaşından ötürmədən sonra tutsa da, cərimə zərbəsi təyin olunmur.
80-ci dəqiqədə sarı vərəqə Eteroviçə göstərilir.
83-cü dəqiqədə Hacıyev vəziyyəti düzgün dəyərləndirməyərək, əlverişli mövqedə olan komanda yoldaşları ötürmə vermək əvəzinə qeyri-dəqiq zərbə vurdu.
Ardından Parks əlverişli mövqedən topu qapının üstündən vurur.
Top rəqibin əlinə dəysə də, hakim bunu penalti kimi dəyərləndirmədi.
87-ci dəqiqədə Aqil vaxtında irəli çıxaraq, rəqibin qol vurmağına imkan vermir.
Hakim 2-ci hissəyə 3 dəqiqə əlavə edir. Aqil daha bir zərbəni dəf edir. Komandamızın son şansı da əldən verərək, cərimə zərbəsi zərbəsindən maksimum istifadə edə bilmir və matç qolsuz bərabərliklə nəticələnir.