“Neftçi”də texnikalı və fərdi cəhətdən güclü futbolçular çoxdur”
04.07.2012 - 18:04
“Neftçi”də texnikalı və fərdi cəhətdən güclü futbolçular çoxdur. “Kuban”da da belə futbolçular çox idi. Ancaq bu matçda Krasnodar təmsilçisi komanda oyununda da rəqibini üstələdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri avstriyalı hakim Mario Bruno Şayber deyib. “Neftçi”nin Çempionlar Liqasına hazırlıq çərçivəsində Rusiyanın Premyer Liqa təmsilçisi “Kuban”la keçirdiyi yoxlama oyununda 0:2 hesabı ilə uduzub.
Oyunu idarə edən Şayber futbolçuların kobud oynamamağından razı qalıb: “Mən yoldaşlıq görüşlərini, o cümlədən beynəlxalq oyunları yetərincə tez-tez idarə edirəm. Dərhal deyim ki, mənə aid məsələ ilə bağlı ciddi problem olmadı. Düzdür, 3 dəfə meydana hakimləri dəvət etməli olduq. Ancaq futbolçular aşkar kobudluğa yol vermirdilər”.
Avstriyalı hakim oyunu, rusiyalıların vurduğu qolları dəyərləndirib: “Özün meydanda olanda, oyunun keyfiyyətini qiymətləndirmək çətindir. Ancaq “Kuban” 2-ci hissədə birdən oyunu çox gücləndirdi və çox təşəbbüsə malik oldu. Əlbəttə, ilk vurulan bütövlüklə futbolçunun ustalığıdır. Zərbə o qədər dəqiq alındı ki, məncə, qapıçının komandasına kömək etmək üçün praktiki şansı yox idi. Heç kim bununla bağlı mübahisə etmirdi. “Kuban”ın müdafiəsi də xoşuma gəldi, sıx, qətiyyətli və etibarlı oynayırdı”.

0
0