Yunis Hüseynov: Yaxşı qışqırmaqları var
04.07.2012 - 17:23
Avropa Liqasının I təsnifat mərhələsində sabah Estoniyanın “Nomme Kalyu” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov oyun öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının xəbərinə görə, jurnalistlərin suallarını cavablandıran 47 yaşlı mütəxəssis komandasının mərhələ keçəcəyinə inandığını bildirib.
- Komanda oyuna nə dərəcədə hazırdır?
- Avstriyadakı toplanışdan narazı qalmadım. İnanıram ki, sabahkı oyunda istədiyimiz nəticəni əldə edəcəyik.
- Komandada hücumçu problemi var...
- Hücumçunu mən də istəyirəm. Düşərgəyə baxışa hücumçular gəlmişdi. Amma onların səviyyəsi məni qane etmədi. Ona görə də, hazırlıq dövründə hücumçu götürə bilmədik.
- Niyə avroliqa oyunları zamanı komandada hücumçu problemi yaranır?
- Hücumçular var. Onlarla maraqlandıq. Amma sonda onlar başqa komandayla müqavilə bağladılar. Fikrimizdə var, futbolçu götürəcəyik. Bu istiqamətdə iş gedir.
- “Xəzər Lənkəran” sabah müdafiə, yoxsa hücum futbolu oynayacaq?
- Təbii ki, hücumda. Lazım olsa, müdafiəçiləri də hücumda oynadacam.
- Yerli hücumçulara komandaya cəlb etmək üçün cəhd etmisinizmi?
- Mən gələndə də məqsədim yerli futbolçu transfer etmək idi. Amma razılığa gələ bilmədiyimiz üçün alınmadı. Sabahkı oyunda məqsədimiz tarix yazmaqdır. Hələ avrokuboklarda qələbə qazanmayıb.
- Heyət bəllidi?
- Bəli, amma sabah açıqlayacam.
- Rəqibi tam təhlil edə bilmisiz?
- 2 oyunlarına baxmışam. Normal komandadır. Əks hücumlara meyl edirlər. Məşqlərinə də baxdım. Yaxşı qışqırmaqları var. Zəif cəhətləri də var.
- Zəif cəhətləri hansıdı?
- Sabah deyərəm.
- Mərhələ keçmək üçün çatışmayan problem varmı?
- Vuruşmaq lazımdır. Çatışmayan nəsə yoxdur.
- Rəqibi keçməsəz nə olacaq?
- Keçəcəyik.
- Sabah sizi hansı nəticə qane dəcək?
- 3:0, 4:0 hesabı ilə qələbə qazanmaq.

0
0