“Nomme Kalyu” klubunun prezidenti: Bakını görəndə, elə bildim Dubaydı
04.07.2012 - 18:22
“Nomme Kalyu” klubunun prezidenti: Bakını görəndə, elə bildim Dubaydı
“Mən Azərbaycanı “Avroviziya” musiqi yarışmasında izlədim. Bakını görəndə, elə bildim Dubaydı. Nə vaxt ki, Bakıdan uzaqlaşıb Lənkərana gəldim, buranın əhalisi xoşuma gəldi. Mehriban, qonaqpərvərdirlər”. Apasport.az saytının məlumatına görə, bunu Estoniyanın “Nomme Kalyu” klubunun prezidenti Kuno Dexva deyib.

Komanda rəhbəri Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran”la oyun öncəsi fikirlərini açıqlayıb. Dexva Ləknəranda yeni dostlar qazandığını və qələbə qazanmaq arzusunda olduqlarını deyib: “Buranın mətbəxi, mədəniyyəti bizim üçün çox maraqlıdır. Çox şey öyrəndik. Biz də qələbə qazanmaq istəyirik. Büdcəmiz Azərbaycan klubuna nisbətən kiçikdir, 800 min avrodur. Estoniyada neft olmadığından büdcəmiz azdır. Püşkdən razıyıq. Hazırda futbol elədir ki, hamının mərhələ keçmək şansı var. Bunun üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, “Xəzər Lənkəran” - “Nomme Kalyu” matçı sabah saat 20:00-da başlayacaq.