FİFA-nın “UD”da seminarı
05.07.2012 - 10:24
Bu gün Bakıda FİFA-nın media seminarı keçiriləcək. Apasport.az saytının məlumatına görə, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə hazırlıq işləri Yerli Təşkilat Komitəsi (YTK) ilə FIFA-nın sıx əməkdaşlıq fəaliyyəti çərçivəsində davam etməkdədir. Hazırlığın bu mərhələsində KİV nümayəndələrinin proseslərdə daha yaxından və effektiv iştirakını təmin etmək üçün YTK tərəfindən bu gün saat 13:30-dan 15:30-a qədər Beynəlxalq Muğam Mərkəzinin “UD” Kafesində Media Seminarı keçiriləcək. Seminarda əsas məqsəd çempionata hazırlıq mərhələsində və çempionat dövründə KİV-ə turnir xəbərləri və ən son yeniliklərlə bağlı maneəsiz informasiya axınını təmin etmək üçün ümumi məlumatlar təqdim etmək və jurnalistlərin çempionatla bağlı suallarını cavablandırmaqdır.
YTK nümayəndələri ilə yanaşı, FİFA Media Mütəxəssisləri Seminarda bilavasitə iştirak edərək FİFA-nın rəsmi Media proseduralarını yerli KİV nümayəndələrinə açıqlayacaqlar. Media işçilərinin seminarda iştirakı sərbəstdir.
Mənbə: affa.az

0
0