Elnur Abdullayev: Hər 2 oyundakı nəticə onların ürəyincə olar
05.07.2012 - 12:32
“Biz komanda olaraq, qələbə qazanmağa, mərhələ keçməyə borcluyuq. Estonlarla qarşılaşmada da hamı meydana yalnız və yalnız bu məqsədlə çıxacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev deyib.
Avropa Liqasının I təsnifat mərhələsinin “Nomme Kalyu” ilə ilk oyunu barədə fikirlərini açıqlayan Abdullayev bildirib ki, “Xəzər Lənkəran” bu günkü dueldə tarix yazmaq fikrindədir: “Bilirsiniz ki, komandamız indiyədək avrokuboklarda qələbə qazana bilməyib. Biz bu gün öncə bunu reallaşdırmaq niyyətindəyik. Azarkeşlərimizin dəstəyi ilə elə bir nəticə qazanmalıyıq ki, Tallindəki cavab matçında işimiz çətinə düşməsin. Şəxsən mən inanıram ki, “Xəzər Lənkəran” tarix yaza biləcək. Artıq bunun vaxtıdı”.
Abdullayevin sözlərinə görə, klub rəhbərliyinin komanda ilə yaxından maraqlanması onları mərhələ keçməyə daha da stimullaşdırır: “Fəxri-prezidentimiz Mübariz Mənsimov başda olmaqla, klubun prezidenti Mais Mənsimov da komandaya baş çəkir. Biz futbolçular da var gücümüzlə çalışıb, rəhbərliyin çəkdiyi zəhmətin qarşılığını verməliyik. Onların komanda ilə yaxından maraqlanması, bizi daha da ruhlandırır. Allahın köməkliyi ilə, həm ev, həm də səfər oyunundakı nəticə onların ürəyincə olar”.

0
0