“Neftçi”nin futbolçusu “Beveren”də
05.07.2012 - 12:59
Bakının “Neftçi” klubunun futbolçusu Emil Mpenza özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, müqavilə ilə bakılılara məxsus olan, bağlılıqları FİFA-da araşdırılan Belçika yığmasının sabiq üzvü karyerasını vətənində davam etdirməyə yaxındır.
O, artıq “Beveren”in düşərgəsindədir. Mpenzanın bu komandaya keçib-keçməyəcəyi artıq yaxın günlərdə həllini tapacaq. Emil Danimarkanın “Nordsyelland” komandası ilə bugünkü yoxlama oyununda da forma geyəcək. Transfer reallaşarsa “Beveren” Mpenzanın karyerasında 11-ci klubu olacaq.
Emil Belçikaya qayıdışına münasibətini də açıqlayıb: “Yenidən Belçikada olmağıma şadam. İndi ailəmə və futbola daha çox diqqət ayıra biləcəyəm. Lakin “Beveren”ə və ya başqa kluba keçəcəyim hələ dəqiq deyil”.
Qeyd edək ki, “Beveren” abaşa çatan mövsümdə aşağı dəstədə 2-ci yeri tutaraq Yupiler Liqaya vəsiqə qazanıb.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0