“Qarabağ”ın növbəti transferi Portuqaliyanın yüksək liqasından oldu
05.07.2012 - 13:58
Türkiyədə növbəti mövsümə hazırlığını davam etdirən “Qarabağ” növbəti transferini reallaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar Bundesliqadan alınan xorvatiyalı qapıçı Miro Varvodiçin ardından elitadan daha bir legioner - Portuqaliya yüksək divizionunda çıxış edən “Jil Visente” klubunun formasını geyinən Riçard Almeyda de Oliveyranın keçidini həll edib. Ötən mövsüm 9-cu yeri tutan komandasında 29 oyun keçirən 23 yaşlı braziliyalı yarımmüdafiəçi solaxaydır. Riçardla tibbi müayinədən keçdikdən sonra 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Qarabağ” mövsümlərarası fasilədə yerli transferləri gənc futbolçular – yarımmüdafiəçi Elnur Abdulovla müdafiəçi Hacı Əhmədov olub.
Qeyd edək ki, “Qarabağ” mövsümlərarası fasilədə yerli transferləri gənc futbolçular – yarımmüdafiəçi Elnur Abdulovla müdafiəçi Hacı Əhmədov olub.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0