Almeyda: İnanıram ki, “Qarabağ”la böyük uğurlar qazanacam
05.07.2012 - 14:10
Almeyda: İnanıram ki, “Qarabağ”la böyük uğurlar qazanacam
“Hara gəldiyimi çox yaxşı bilirəm. Yeni komandam haqqında ətraflı məlumatım var. “Qarabağ” Daim avrokuboklarda çıxış edir. Üstəlik, komanda gənc və iddialıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın yeni futbolçusu Riçard Almeyda de Oliveyra klubunun rəsmi saytına açıqlamasında deyib.
Portuqaliyanın yüksək liqasında çıxış edən “Jil Visente” klubundan gələn 23 yaşlı braziliyalı yarımmüdafiəçi Ağdam təmsilçisinə keçidindən məmnundur.

Legioner “Qarabağ”a faydalı olmaq istəyir: “Komandanın baş məşqçisi ilə söhbət etdikdən sonra nə istədiyini yaxşı başa düşdüm. Mən komanda oyunçusuyam. Bura komandanın uğur qazanmasına yardım etmək üçün gəlmişəm. Hər zaman komanda üçün oynamağa çalışmışam. İnanıram ki, “Qarabağ”la böyük uğurlar qazanacam”.