Nazim Süleymanov: Əgər hakim bu qolu görmürsə, onda o, nəyə lazımdır?
05.07.2012 - 14:55
“Avropa çempionatı hamı kimi, bizim üçün də bayram oldu. Yaxşı oyunlara baxdıq, maraqlı matçları izlədik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov deyib. Yenicə başa çatan Avropa çempionatını dəyərləndirən təcrübəli mütəxəssis gözlənilməzliklərdən və azarkeşlik etdiyi yığmaların çıxışından danışıb: “Belə götürəndə, ən böyük gözlənilməzlik Almaniyanın yarımfinalda İtaliyaya uduzmağı və Hollandiyanın xal qazanmadan qrupda qalmağı oldu. Bir də Rusiya yığması belə zəif qrupdan çıxmalı idi, ancaq bunu edə bilmədi. Ardıcıl 2-ci dəfə Avropa çempionu olan İspaniya yığması sübut etdi ki, yüksək texnikaya malik olub, top saxlamaqla nəticə qazanmaq olar. İspaniya futbolu hələ öz səviyyəsi ilə hegemonluq edir. Mən postsovet məkanı təmsilçiləri olan Rusiya ilə Ukrayna yığmasına azarkeşlik edirdim. Ukraynanın təşkilatçılığı pis deyildi. Bilirsiniz, azarkeş amili də vardı. İlk oyunda bu, təsirini göstərdi və Ukrayna Andrey Şevçenkonun dublu sayəsində İsveç üzərində əzmkar qələbə qazandı. Bundan sonra demək olar çoxları deyirdi ki, qrupdan çıxacaq. Ancaq belə olmadı və həmin qrupdan İngiltərə ilə Fransa yığmaları 1/4 finala yüksəldiyindən, ukraynalılara şans qalmadı. Mən deyərdim ki, onlar pis oyun göstərmədi. Şevçenko ilk oyunda 2 qol vurmağına baxmayaraq, hücumda problemləri vardı”.
Keçmiş hücumçunun sözlərinə görə, təşkilatçılar hakim səhvindən əziyyət çəkib: “Ukrayna İngiltərə ilə oyunda təmiz qol vurdu, ancaq hakim bunu saymadı. Bundan sonra 20 dəqiqə vardı, bilmək olmazdı ki, qol sayılsaydı, necə olacaqdı. Yəni hakim səhvi də oldu. Əgər hakim belə qolu görmürsə, o, ümumiyyətlə, oyunda 5 hakim nəyə lazımdır?”.
Bizlər üçün Rusiya və Portuqaliya yığmalarının çıxışı xüsusilə maraqlı oldu. Axı onlar milli komandamızın növbəti seçmə mərhələdə rəqibləridir. Rusiya yığmasının uğursuz çıxışından sonra üstəlik, hələ də yeni baş məşqçisinin olmamağı, gələcək çalışdırıcının vaxtının azlığı yığmamızın xeyrinə olmalıdır. Bununla razılaşan Süleymanov Avropa çempionatının bürünc medalçısı olan Portuqaliya yığmasına da qiymət verdi: “Mənə elə gəlir ki, Rusiya yığması bizimlə oyun zamanı tam fərqli olacaq. Orada baş məşqçi dəyişikliyi oldu. Futbol kollektiv oyunudur və daxildə olan atmosferdən çox şey asılıdır. Kimsə yerli məşqçi sərf edir, kiməsə də bu, sərf etmədiyindən, xarici mütəxəssis istəyir. Hər şeyi zaman göstərəcək. Hər şeydən istifadə etmək, hər oyuna ciddi hazırlaşmaq lazımdır. Matçda hər şeyi 90 dəqiqə həll edir və onu tarixə yazırsan. Tarix də göstərir ki, komanda güclüdür, yoxsa zəifdir. Əlbəttə ki, bunlardan çox asılıdır. Hesab edirəm ki, Rusiyadan güclü olan Portuqaliya yığması çox texnikaya malikdir, sürətli hücumçuları var, fərdi cəhətdən yüksək səviyyəli futbolçuları çoxdur. Onlarda hər bir futbolçu matçın taleyini həll edə biləcək oyunçudur. Buna görə Portuqaliyaya xüsusi diqqət yetirmək və onu yaxşı etmək təhlil etmək lazımdır”.
Qeyd edək ki, yığmamız növbəti seçmə mərhələdə 2-ci və 3-cü oyunu müvafiq olaraq Portuqaliya və Rusiya ilə səfərdə keçirəcək.
Mehman SÜLEYMANOV

- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
0
0