Tixon Şişov: Nəticə bizim üçün qələbəyə bərabərdir
05.07.2012 - 21:05
Tixon Şişov: Nəticə bizim üçün qələbəyə bərabərdir
“Xəzər Lənkəran” ilk hissədə daha çox manevrlər etdi. Ancaq biz daha diqqətlə oynayaraq, 2-ci hissədə hesabə bərabərləşdirə bildik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Estoniyanın “Nomme Kalyu” klubunun futbolçusu Tixon Şişov deyiv. Estoniyalı sağ cinah müdafiəçisi vaxtilə oynadığı “Xəzər Lənkəran”a qarşı görüşü Avroliqanın I təsnifat mərhələsində oldu.

Tixon Lənkəranda 2:2 hesablı bərabərliyi çox sərfəli nəticə sayır: “Səfərdə bu hesab bizim üçün qələbəyə bərabər nəticə oldu. İndi bir az dincəlib, cavab oyununa ciddi hazırlaşacağıq. “Xəzər Lənkəran”ın üstünlüyünü əldən verməyində, hesabı bərabərləşdirməyimizdə rəqibin yorğunluğu da sözünü dedi. Biz lənkəranlıların Avstriyadan təlim-məşq toplanışından qayıtdığını bilirdik. Bizdə isə çempionatda getdiyindən, hər şey qaydasındadır. Ev oyununda mərhələ keçmək vəzifəsini yerinə yetirməyə çalışacağıq”.

Qeyd edək ki, Şişov 200910 mövsümünün 2-ci yarısında “Xəzər Lənkəran”da oynayaraq, sonradan kənarlaşdırılıb.