Azərbaycan üçün yarım xal
06.07.2012 - 09:10
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümündə Avropa Liqası və Çempionlar Liqasının ilk oyunlarından sonra UEFA ölkələri xal hesablarını dəyişə bilib.
Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da yarım xal əlavə edib. Bu 0,500 xal “İnter”in qələbəsi və “Bakı” ilə “Xəzər Lənkəran”ın heç-heçəsi sayəsində mümkün olub. Bu yarım xalla ölkəmiz reytinqini 6,041-ə qaldırsa da mövqeyini dəyişməz qalıb. Lakin yenə 35-ci olan Azərbaycan özündən irəlidəki 3 ölkə ilə fərqi 0,125 xal da azaldıb. Belə ki, bizi qabaqlayanlar hərəyə 0,375 xal yığıb.
UEFA reytinqinin 4-cü onluğu

| 31 | Finlandiya | 7.008 |
|---|---|---|
| 32 | Bosniya-Herseqovina | 6.958 |
| 33 | Sloveniya | 6.833 |
| 34 | İrlandiya | 6.750 |
| 35 | Azərbaycan | 6.041 |
| 36 | Moldova | 5.791 |
| 37 | Litva | 5.375 |
| 38 | Latviya | 5.041 |
| 39 | Qazaxıstan | 4.958 |
| 40 | İslandiya | 4.541 |
0
0