90 dəqiqəyə 24 zərbə
06.07.2012 - 09:39
90 dəqiqəyə 24 zərbə
Avropa Liqasının I təsnifat mərhələsində Estoniyanın “Nomme Kalyu” klubu ilə qarşılaşan “Xəzər Lənkəran” qalib gələ bilməsə də, statistik göstəricilərdə rəqibindən aşkar üstün olub. Apasport.az saytının məlumatına görə, cənublular 90 dəqiqəyə 24 zərbə vurmaqla rəqibindən 2 dəfədən də üstün olub. Künc zərbələrində də 4 qat üstünlüyə malik olan Yunis Hüseynovun yetirmələrini qeyri-dəqiqlik qalib gəlməyə imkan verməyib.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Xəzər Lənkəran Kalyu
2Qollar2
11Qapıya zərbələr5
13Qeyri-dəqiq zərbələr5
24Zərbələr10
8Künc zərbələri2
1Oyundankənar vəziyyət1
15Qayda pozuntuları14
4Sarı vərəqələr0
0Qırmızı vərəqələr0