“Mura” Azərbaycan komandasının formasında oynayıb
06.07.2012 - 12:09
Sloveniyanın “Mura” klubu Avroliqanın I təsnifat mərhələsində “Bakı” ilə oyunla əlaqədar Azərbaycana səfərində daha bir çətinliklə üzləşib. Apasport.az saytının məlumatına görə, əvvəlcə viza məsələlərini həll edə bilməyən rəqib oyun zamanı forma problemi ilə üzləşib.
Belə ki, Sloveniya təmsilçisinin forması “Bakı” kimi zolaqlı olduğundan, onunla meydana çıxa bilməyib. Bu zaman “Mura”ya I divizion təmsilçimiz olan Bakının “Lokomotiv” klubunun qırmızı rəngdə olan forması verilib.
Qeyd edək ki, “Bakı”nın rəhbərliyinin məsələyə qarışmasından sonra vizanı Heydər Əliyev Beynəlxalq Hava Limanında alan sloveniyalıların planlarında dəyişiklik edərək, ölkəmizə çarter reysi ilə gəlmişdilər.

- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
0
0