Avropa Liqası: 6 futbolçumuz “Top-10”da
06.07.2012 - 12:17
Avropa Liqası: 6 futbolçumuz “Top-10”da
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın rəsmi saytı müxtəlif statistik göstəricilər üzrə futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, eyni göstəriciyə malik futbolçuları onların meydanda keçirdiyi dəqiqəyə əsasən sıralayan qurum rəsmiləri Azərbaycan klublarının 6 üzvünü də fərqləndirib.

“Bakı”nın oyunçularının heç nə ilə fərqlənmədiyi oyun günündə “İnter”lilər 4, “Xəzər Lənkəran”lılar 2 nominasiyada ilk “10-luğ”a düşüb. Lakin cənubluların 2 oyunçusundan biri mənfi mənada – qayda pozmaqda fərqlənib. Klublarımızın ən yaxşısı isə Baçana Sxadadze olub. O, həm ən yüksək nəticə - 4-cü yerə imza atıb. Həm də 2 cəhətdən “Top-10”a düşüb.

Baçana Sxadadze“İnter”Qol24-cü
Adrian Pit“Xəzər Lənkəran”Ötürmə29-cu
Nizami Hacıyev“İnter”Ötürmə110-cu
Georgi Adamiya“İnter”Qapıya zərbələr45-ci
Baçana Sxadadze“İnter”Qapıya zərbələr38-ci
Rahid Əmirquliyev“Xəzər Lənkəran”Qayda pozuntusu58-ci