“Qarabağ”ın rekordunu “İnter” təkrarladı
06.07.2012 - 12:59
“Qarabağ”ın rekordunu “İnter” təkrarladı
“İnter” Avropa Liqasının I təsnifat mərhələsində Estoniyada “Trans” klubunu məğlub edərək, rəqib meydanlarındakı 11-ci qələbəmizin memarı olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan komandaları 1994-cü ildə debüt etdiyi avrokubokların tarixində Estoniya zəfərinədək 10 səfər qələbəsi qazanmışdı.

“İnter”in hələ “Xəzər Universiteti” adlandığı vaxt əldə etdiyi texniki qələbəni də nəzərə almaqla futbolumuzun “11-liy”inə 5 komanda imza atıb. “Qarabağ” rekord sayda – 5, “İnter” 3 dəfə bunu bacarıb. “Neftçi”, “Bakı” və “Karvan” isə bunu 1 dəfə gerçəkləşdirib.

Lakin “İnter” “Qarabağ”ın 1 rekordunu təkrarlayıb. Avropadakı son səfər matçımda “Lex”i Polşada 1:0 yenən Kaxaber Sxadadzenin yetirmələri ardıcıl 2-ci dəfə səfərdə sevindi. Buna isə futbolumuzda 1 dəfə təsadüf olunmuşdu. “Qarabağ” Şimali İrlandiya və Polşa səfərlərində qələbələri sıralamışdı.

Klublarımızın avrokuboklarda səfər qələbələri

1999/2000
İntertoto kuboku
20 iyun. “Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” - 1:2

2004/05
İntertoto kuboku
20 iyun. “Kazino-Breqents” (Avstriya) – “Xəzər Universiteti” - 0:3 (-:+)

2005/06
Çempionlar Liqası
20 iyul. “Hafnarfyordur” (İslandiya) - “Neftçi” - 1:2

2006/07
UEFA kuboku
27 iyul. “Spartak” (Trnava, Slovakiya) – “Karvan” - 0:1

2009/10
Avropa Liqası
3-cü seçmə mərhələ
30 iyul. “Honka” (Finlandiya) – “Qarabağ” - 0:1

2010/11
Çempionlar Liqası
2-ci seçmə mərhələ
21 iyul. “Lex” (Polşa) – “İnter” - 0:1 penaltilərlə 9:8
Avropa Liqası
2-ci seçmə mərhələ
15 iyul. “Portadaun” (Şimali İralandiya) – “Qarabağ” - 1:2
22 iyul. “Buduçnost” (Çernoqoriya) – “Bakı” - 1:2
3-cü seçmə mərhələ
29 iyul. “Visla” (Polşa) – “Qarabağ” - 0:1

2011/12
Avropa Liqası
1-ci seçmə mərhələ
30 iyun. “Banqa” (Litva) – “Qarabağ” - 0:4

2012/13
1-ci seçmə mərhələ
5 iyul. “Trans” (Estoniya) – “İnter” - 0:5