“Xəzər Lənkəran” asan keçiləcək komanda deyil” – MÜSAHİBƏ
06.07.2012 - 13:55
Estoniyanın “Nomme Kalyu” klubunun müdafiəçisi Jorje Rodrigesin apasport.az saytına müsahibəsi
- Çoxları Lənkəranda qollu heç-heçə edəcəyinizi gözləmirdi. Nəticəni ədalətli hesab edirsiniz?
- Çox maraqlı qarşılaşma oldu. “Xəzər Lənkəran” həqiqətən də güclü komandadır, texnikalı futbolçulardan qurulub. Əla stadionu, bazası var. Azarkeşlər də çılğınlığı ilə yadda qaldılar. Komandamız yeni yaransa da, məğlub olmamağa çalışırdıq. Oyuna nəzarət edən tərəf “Xəzər Lənkəran” olsa da, istədiyimiz nəticəni əldə etdik. Tallindəki matçda daha yaxşı oynamağa çalışacağıq.
- “Xəzər Lənkəran” cütün aşkar favoriti hesab edilirdi. Bununla bağlı baş məşqçiniz də açıqlaması var idi. Bəs bu cür yanaşma futbolçulara necə təsir etdi?
- Motivasiya olmağımızda məşqçilərin əməyini dana bilmərik. Onlar bizi maksimum dərəcədə oyuna kökləməyə çalışdılar. Amma burada əleyhimizə olan məqamlar yox deyildi. Havanın isti olması, tribunada azarkeşimizin olmamağı bizim üçün mənfi hallardan idi. Əlbəttə, rəqibə hörmətlə yanaşırdıq. Onlar cütün favoriti hesab edilsələr də, sona qədər müqavimət göstərdik və uduzmadıq.
- Hesabın erkən açılması sizin üçün əlavə motivasiya oldumu?
- Sözün düzü, erkən qol vuracağımızı gözləmirdik. İlk hücumumuzdaca qol vurmaq şansımız yarandı və bunu boşa vermədik.
- Baş məşqçi oyunda nəyə diqqət etməyi tapşırmışdı?
- Bizim ilk işimiz müdafiədə səhvsiz oynamaq idi. Baş məşqçi də bunu tapşırmışdı. Növbəti tapşırıq isə sürətli hücumlar qurmaq idi. Əks hücumlarımız pis alınmırdı.
- Cavab oyununda hansı komandanın şansı daha yüksəkdi?
- Şanslar bərabərdir. Həm də cavab oyununda nə edəcəyimiz baş məşqçinin taktikası zamanı bilinəcək. Əlbəttə, çalışacağıq ki, daha yaxşı ötürmələr edək. Lənkərandakı oyunda bunu bacarmadıq. Eyni zamanda, rəqibə hörmətlə yanaşacağıq.
- Amma doğma meydanda sizə qolsuz heç-heçə də sərf edəcək. Bunu əsasən müdafiəyə meylli oynayacağınızı düşünmək olarmı?
- Baş məşqçinin planlarından xəbərim yoxdur. Rəqibi daha yaxşı tanıyırıq. “Xəzər Lənkəran” heç də asan keçiləcək komanda deyil.
- “Xəzər Lənkəran”ın heyətində hansı futbolçunu bağlamaq sizin üçün çətinlik yaratdı?
- 9 nömrəli (Branimir Subaşiçi nəzərdə tutur) futbolçunu tutmaq çətin idi. Səhv etmirəmsə, o serbiyalıdır. Onu tutmaqda çətinlik çəkirdim. Çünki bir yerdə dayanmırdı, daim hərəkətdə idi.
- Yeri gəlmişkən, daha bir təmsilçimiz “İnter” səfərdə Estoniyanın “Trans” klubunu 5:0 hesabı ilə məğlub edib. Bu nəticə sürpriz olmadı?
- “Trans”ın heyətini estoniyalı futbolçular təşkil edir. Amma bizdə legionerlər də var. Bundan başqa, həmin klubun büdcəsi bizə nisbətən daha azdır. Bu da yaxşı futbolçu almalarına imkan vermir. “Nomme Kalyu” ilə “Trans”ın fərqi də bundandır.

0
0