“Neftçi” üçün Mariuş
06.07.2012 - 15:05
“Neftçi” üçün Mariuş
Bakının “Neftçi” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi oyunların baş hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Gürcüstan çempionu “Zestafoni” ilə qarşılaşmalar rumıniyalı və qazaxıstanlı ədalət təmsilçilərinə tapşırılıb.

İyulun 17-də Bakıda baş tutacaq qarşılaşmada rumıniyalı Mariuş Avram fit çalacaq. Ayın 24-də Zestafonidəki görüşdə isə qazaxıstanlı Artyom Kuçin iş başında olacaq.

Bu arada səfər oyununun başlama saatı da müəyyənləşib. Zestafoni şəhərindəki David Abaşidze adına stadionda baş tutacaq qarşılaşma Bakı vaxtıyla 22:00-da başlayacaq.
0