Elnur Allahverdiyev: Sanki it ağzına keçmişik - MÜSAHİBƏ
06.07.2012 - 17:10
“Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi
- “Nomme Kalyu”ya qarşı keçirdiyiniz oyunla bağlı nə deyə bilərsiz?
- Söz tapmıram danışmağa. Neçə ildir komanda avrokuboklara vəsiqə qazansa da, hələ qələbə sevinci yaşamayıb. Həqiqətən də bəxt bizdən üz döndərdi. Birinci hissədə oyuna tamamilə biz nəzarət edirdik. Fasiləyə də qalib yollandıq. Yenə də bəsit səhvlərdən qollar buraxdıq. Oyunun gedişində iki zərbəmiz dirəkdən döndü. Nə bilim, sanki it ağzına keçmişik... Amma hələ şansımız davam edir. Komanda yoldaşlarıma səslənirəm ki, ruhdan düşməyin. Bu rəqibi böyük hesabla məğlub etməli idik. Niyə belə oldu, özüm də bilmirəm. Cavab oyununda budəfəki səhvləri təkrarlamamalıyıq.
- Rəqibin erkən qol vurması oyuna nə kimi təsir göstərdi?
- Yenə deyirəm, uşaq səhvləri etdik və qollar buraxdıq. Beşinci dəqiqədə qapımızda qol görsək də, uşaqlar həvəsdən düşmədilər. Əvəzində biz 2 top vurduq və önə keçdik. Bəlkə də bundan sonra uşaqlar arxayınlaşdı.
- 2 top buraxmaq müdafiənin istənilən səviyyədə olmadığını göstərir. Özü də bəsit səhvlərdən...
- Təbii ki, buraxılan qollar müdafiəçilərin passivinə yazılır. Ancaq hələ səhvimizi düzəltmək üçün vaxtımız var. Bu komanda ilə daha bir oyunumuz var. Artıq onların da nəyə qadir olduqlarını bilirik. Burda buraxdığımız səhvləri təkrarlamamaq şərti ilə orada mütləq qələbə qazanmalıyıq.
- İkinci hissədə yorğunluq hiss olunurdumu?
- Çünki birinci hissədə çox pressinq etdik. Oyunu daha çox meydanın rəqibə aid hissəsində keçirdik. Çox irəli atılırdıq. İstər-istəməz bu da öz sözünü deməli idi. Həm də hava çox isti idi. Üstəlik, komanda təlim-məşq toplanışından gəlib.
- Yəni Avstriyadakı yükləmələrin təsiri görünürdü...
- Əlbəttə, təsiri var idi. Amma unutmayaq ki, rəqib komanda hazırda ölkəsinin çempionatında mübarizəni davam etdirir. Biz hazırlıq müddətində cəmi 4 oyun keçirmişik, lakin onlar 17 matçda güclərini sınayıblar. Bu da oyun təcrübəsi baxımından onların üstün olması deməkdir. Düzdür, bunu deməklə qələbəni əldən verməyimizə haqq qazandırmıram. Sadəcə, futbolda bu cür faktlar da həlledici rol oynayır. Səfərdə bunun əvəzini çıxmağa çalışacağıq.
- Maraqlıdır ki, avrokuboklarda qələbəsiz oyunlar seriyası hələ də qırılmayıb. Arxada qalan 11 oyunun heç birində komanda olaraq bu sevinci yaşamamısız. Bu uğursuz seriya nə vaxta qədər davam edəcək?
- Biz də fikirləşirik ki, niyə belə olur. Onları udmalıydıq. Udulası komanda idi. Səhvlər etdik. Bu oyun onu göstərdi ki, futbolda belə səhvləri bağışlamırlar. Bundan nəticə çıxarmalıyıq.
- Oyundan əvvəl bəziləri “Nomme Kalyu”nun Estoniya çempionatının lideri olmasını qabartmaqla, sanki yaşana biləcək hansısa uğursuzluğu sığortalamağa çalışırdı. Amma bu da faktdır ki, “Xəzər Lənkəran” da Azərbaycan çempionatının iddialı klublarındandır. “Dişimiz”ə görə olan komandalardan niyə çəkinməliyik?
- Razıyam ki, rəqibdən zəif komanda deyilik. Sadəcə, onlar bu gün oyun təcrübəsi baxımından daha hazırlıqlıdırlar. Kimsə hər şeyin həll olunduğunu iddia edə bilməz. Biz rəqib meydanındakı oyunda sözümüzü deyəcəyik.
- “Nomme Kalyu” hansı komponentlərdə “Xəzər Lənkəran”ı üstələdi?
- Əks hücumlar zamanı onlar çox təhlükəli olurdu.
- Deməli, futbolumuzun qlobal problemi olan hücumdan müdafiəyə qayıda bilməməyimiz öz sözünü dedi...
- Bəli, hücumda olarkən müdafiəyə dönməkdə gecikirdik. Onlar da bundan istifadə etməyə çalışırdı.
- Ehtiyat oyunçular skamyasında matçın taleyini dəyişə biləcək futbolçunun olmaması hiss olunurdumu?
- Düzdür, bu da bizim üçün problem idi. Ancaq ümidimizi itirməmişik. Onlar burda iki top vurubsa, biz niyə səfərdə üçünü vurmayaq?
- Ruslan Abışov və Manuel Skarlatake ilk dəfə “Xəzər Lənkəran”ın forması altında avrokubok oyununda iştirak edirdi. Onlarla anlaşmaq çətin deyildi?
- Hər ikisi ilə oynadığıma görə, çətinlik yaşamadım. Ola bilsin, Skarlatake ilə Abışov bir-birini başa düşməkdə hansısa çətinlik yaşasın. Çünki onlar ilk dəfə bir rəsmi oyunda bir xətdə yer almışdılar.

0
0