“Bakı” üçün 2011 “isti bulka”
06.07.2012 - 16:55
“Bakı” üçün 2011 “isti bulka”
Avropa Liqasının I təsnifat mərhələsinin “Bakı” və Sloveniyanın “Mura” klubları arasında cavab oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, ev oyununu doğma “Fazaneriya” stadionunda deyil, Lendava idman parkında keçirəcək Murska-Sobota təmsilçisi arenaya girişin baha olmasına qərar verib. Belə ki, üstüörtülü tribunaya giriş 12, üstüaçıq tribunaya isə 10 avrodur. Bu isə müvafiq olaraq 11,64 və 9,70 manatdır.

Biletlərin belə olması arenanın tutumunun aşağı olmasıdır. Belə ki, oyuna cəmi 2011 bilet satışa çıxarılıb. “Mura”nın rəsmi saytı biletlərin sürətlə satıldığını iddia edir: “Biletlər isti bulka kimi satılır. Gecikənlər oyuna daxil olmaq imkanını qaçıracaq”.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb.