Ruslan Abışov: 145&56
06.07.2012 - 17:35
Ruslan Abışov: 145&56
2012/13 mövsümünün ilk oyunu “Xəzər Lənkəran” klubunun tarixinə yeni futbolçunun düşməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Ruslan Abışov yeni klubunda ilk dəfə rəsmi matçına çıxıb. Mövsümün ilk debütantının “siftə”si Avropa Liqasının I təsnifat mərhələsinin Estoniya “Nomme Kalyu”su ilə ilk oyununa təsadüf edib. Ruslan “Xəzər Lənkəran” tarixinə 145-ci futbolçu kimi düşüb.

Lənkəran şəhər stadionundakı matçadək klubun 8 illik tarixində 144 futbolçu rəsmi oyunlarda meydana çıxmışdı. Onlardan 89-u legioner, 55-i yerli futbolçu idi. Yığmamızın üzvü bu siyahıda 56-cı azərbaycanlı futbolçu oldu ki, ona “ağ-yaşıl” formada oynamaq nəsib olub.

Mənbə: lankaranfc.com