Millimizin futbolçusu: Niyə də dünya çempionatında qrupdan çıxmayaq?
06.07.2012 - 23:07
“Püşkatmada iştirak etmək mənim üçün çox xoş idi. Açığı, çox həyəcanlı idim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandasının aparıcı futbolçusu Əminə Heydərova deyib. Bakıda Beynəlxalq Muğam Mərkəzində keçirilən dünya çempionatının final mərhələsində iştirak edən futbolçumuz səbətləri müəyyənləşdirənlərdən biri oldu.
Berti Foqts? Ronald de Bur kimi məşhur futbol adamları ilə bir səhnədə olan Heydəorva həyəcanlı olduğunu gizlətməməklə yanaşı, püşkün nəticəsindən razı qaldığını bildirib: “Qrupumuz çox yaxşıdır. Mən buna sevinirəm. Düzdür, dünya çempionatına final mərhələsinə çıxan komandalar zəif olmur. Onlar da dünya çempionatına layiq olublar ki, bura gəliblər. Hamıya uğurlar arzulayıram. Ən çox də nəticə qazanmaq üçün çalışmalıyıq. İnanıram ki, bunu yaxşı edəcəyik. Uğur qazanmaq üçün məşqlər edirik. Dünya çempionatında yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik”.
Əminə Kolumbiya, Nigeriya və Kanadanın yığmalarının yer aldığı qrupdan çıxmaq şansımızı real sayır: “Deməzdim ki, qrupumuzda zəiflər yer alıb. Yox, güclü yığmalar da var. Buna misal olaraq Nigeriyanı göstərə bilərəm. İnşallah, qarşıda duran vəzifənin öhdəsindən gələrik. Hazırlaşsaq, yaxşı olar. Niyə də qrupdan çıxmayaq? İnşallah, buna nail olacağımıza inanıram”.
Qeyd edək ki, Heydərova ötən il ən yaxşı qadın futbolçumuz seçilərək, AFFA-nın mükafatına layiq görülüb.
Mehman SÜLEYMANOV

0
0