“Azərbaycan yığması bizim üçün bağlı qutudur”
07.07.2012 - 00:12
“Qrupumuzda yer alan komandaları tanıyırıq”. Bu sözləri apasport.az saytına Kanada Futbol Federasiyasının nümayəndəsi Brayn Raymond deyib.
Dünən Beynəlxalq Muğam Mərkəzində bu il ölkəmizdə keçiriləcək dünya çempionatının püşkatma mərasimi baş tutub. A qrupunda yer alan yığmamız Kanada, Kolumbiya və Nigeriyadan olan həmyaşıdları ilə qarşılaşacaq.
Püşk atıldıqdan sonra KİV qarşısına çıxan Kanada nümayəndəsi rəqiblərdən ikisini yaxşı tanıdıqlarını deyib: “Kolumbiya və Nigeriya yığmalarını yaxşı tanıyırıq. Haqlarında eşitmişik, eyni zamanda onlarla artıq bir neçə dəfə qarşılaşmışıq”.
Onun sözlərinə görə, yığmamız rəqib üçün bağlı qutu rolunu oynayır: “Azərbaycan yığması haqda bir söz deyə bilməyəcəm. Çünki millinizin oyununu görməmişik. Onlar bizim üçün bağlı qutudurlar. Buna baxçayaraq, məqsədimiz mərhələ-mərhələ yüksəlməkdir”.

0
0