FİFA dünya çempionatının oyunlarını gecələr keçirməyi təklif edir
07.07.2012 - 11:06
FİFA 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı müxtəlif variantları nəzərdən keçirir. Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumunun vitse-prezidenti Cim Boys oyunları gecələr keçirməyi təklif edib. Bu da onunla bağlıdır ki, Qətərdə final mərhələsinin oyunlarının keçirildiyi gündüzlər dəhşətli isti olur. Boys gecələr oynamaq variantına baxmağı lazım bilir.
Qeyd edək ki, bunadək Qətərdəki dünya çempionatı ilə bağlı oyunların qışda keçirilməyi çox futbol mütəxəssisləri tərəfindən təklif olunmuşdu.
Qeyd edək ki, bunadək Qətərdəki dünya çempionatı ilə bağlı oyunların qışda keçirilməyi çox futbol mütəxəssisləri tərəfindən təklif olunmuşdu.
0
0