“Azərbaycandakı dünya çempionatında hamının bir məqsədi var”
07.07.2012 - 11:33
“Azərbaycandakı dünya çempionatında hamının bir məqsədi var”
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandasının dünya çempionatının final mərhələsində bir qrupa düşdüyü Nigeriya millisinin baş məşqçisi Peter Dedevbo püşkə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisinin çalışdırıcısı Bakıda Beynəlxalq Muğam Mərkəzində keçirilən püşkün nəticəsinə əsasən hansısa komandanı fərqləndirməyib. Onun fikrincə, final mərhələsinin 16 iştirakçısının hamısı bir məqsədi güdəcək: “Qruplar bərabər deyil. Bütün komandalar turnirə yaxşı futbol nümayiş etdirmək gələcək. Hamının bir məqsədi olacaq ki, bu da qalib gəlməkdir”.