Aygün Kazımova futbola aid mahnı oxudu
07.07.2012 - 11:49
Aygün Kazımova futbola aid mahnı oxudu
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə dəstək məqsədilə Dənizkənarı Milli Parkdakı Saat qülləsinin yanında konsert proqramı təqdim olunub. Apasport.az saytının məlumatına görə, İlkin Həsəninin aparıcılığı ilə keçirilən konsertdə Azərbaycan musiqisinin məşhur simaları olan Aygün Kazımova, Tünzalə Ağayeva, Röya, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev və populyar müğənni, 2010-cu il Avroviziya mahnı müsabiqəsində Azərbaycanı 5-ci yerə yüksəldən Səfurə Əlizadə iştirak edib. Aygün futbola aid bəstələdiyi mahnını oxuyub.

Müğənnilərimizlə yanaşı, fristayl futbolçular - Laura Biondo, Melody Donchet, Sandy Levitas, Fristayl Futbol Federasiyasının sədri Daniel Wood və 2011-ci ilin "freestyle" futbolu üzrə dünya çempionu Kitti Szasz çıxış edib.. Çıxış edən müğənnilər ifalarını milli yığmamıza dəstəyin bir əlaməti kimi qiymətləndiriblər və bu dəstəyi çempionat zamanı stadionda da davam etdirəcəklərini bildiriblər.