“Bakıda asan gəzinti olacağını düşünənlər yanılır” - MÜSAHİBƏ
07.07.2012 - 12:40
Moskva “Spartak”ının və Rusiya yığmasının sabiq baş məşqçisi Georgi Yartsevin apasport.az saytına müsahibəsi
- Sizi Azərbaycanda salamlayırıq və belə tanınmış mütəxəssisi burda görmək bizim üçün xoşdur. Ölkəmizə səfəriniz necə keçir?
- Diqqətinizə görə çox sağ olun. Çoxdandır Azərbaycanda, o cümlədən Bakıda olmurdum. Paytaxtınızı görəndə, burada baş verən dəyişikləri xoş mənada təəccübləndim. Bakıda hər şey necə gözlədir...Burada olmaq mənim üçün xoşdur.
- Bu, AFFA-nın dəvəti sayəsində reallaşdı ki, 17 yaşadək qızlardan ibarət dünya çempionatının final mərhələsinin püşkatmasında iştirak etmək imkanı qazandınız...
- Buna görə AFFA rəhbərliyinə minnətdaram. Belə mötəbər turnirin püşkatması tarixi hadisədir və mən də onda iştirak etmək imkanı qazandım. Final mərhələsinin iştirakçılarına və təbii ki, ilk növbədə Azərbaycan yığmasına uğurlar arzulayıram.
- Milli komandalarımız növbəti seçmə mərhələdə bir qrupda yer alacaq. Bir təcrübəli məşqçi kimi vaxtilə çalışdırdığınız Rusiya yığmasının Azərbaycan millisi ilə oyunlarından nə gözləyirsiniz?
- Əlbəttə, bir qrupa düşməyimiz diqqəti çəkir. İlk oyunlarımızdan birini Azərbaycan yığması ilə keçirəcəyik və bu, yetərincə ciddi sınaq olacaq. Mən düşünürəm ki, azərbaycanlı futbolçular artıq müəyyən təcrübə qazanıblar. Buna görə rusların Bakıda oyunu heç də asan olmayacaq.
- Yığmanızda Avropa çempionatında uğursuz çıxışdan sonra yeni baş məşqçi məsələsi hələ də açıq qalır. Bəziləri yerli, bəzilərinin əcnəbi mütəxəssisin tərəfdarıdır. Sizcə, həm baş məşqçi amili, həm də yığmanızda dünya çempionatına az qalmış psixoloji durumun ürəkaçan olmamağı Azərbaycanla matçda nəticəyə təsir göstərə bilərmi?
- Gəlin, belə danışaq, bunlar Rusiya yığmasının futbolçularıdır. Onlar rusiyalılardır və öz ölkələrini təmsil edirlər. Bizim milli komandamız var. Bəli, o, Avropa çempionatında uğursuz çıxış etdi, qrupdan çıxa bilmədi. Ancaq bu, o demək deyil ki, bu, yığmanı dağıtmaq lazımdır. Əksinə, yığmamıza dəstək olmaq lazımdır. Milli futbolçularımız bir şeyi başa düşməlidirlər ki, onlar azarkeşlərin ümidlərini doğrultmadılar. Yığmamızın bir şansı var ki, azarkeşlərinin sevgisini, hörmətini qaytarsınlar. Bunu isə yalnız nəticə, oyunla etmək olar. Yəni dünya çempionatının final mərhələsinə düşmək lazımdır. Bunun üçünsə millimiz seçmə mərhələdə uğurlu çıxış edib, ora vəsiqə qazanmalıyıq.
- Milli komandamızın oyununu necə dəyərləndirərdiniz?
- Türkiyə yığması üzərində Bakıda qələbə qazandığınız oyun göstərdi ki, azərbaycanlı futbolçular seçmə mərhələdən mərhələyə təcrübə yığırlar. Buna görə də növbəti seçmə mərhələdə Azərbaycanda yığması yetərincə güclü olacaq. Əgər qrupumuzdakı rəqiblərdən kimsə fikirləşirsə k, Bakıda asan gəzinti olacaq, yanılır.
- Futbolçularımızdan kimi fərqləndirərdiniz?
- Futbolu komanda oyunudur və burada kimi fərqləndirmək düzgün olmazdır. Burada hər komandanı çətin oyun gözləyir. Buna görə də Azərbaycanla oyunlara ciddi hazırlaşmaq lazımdır.
Mehman SÜLEYMANOV

0
0