Hollandiya millisinin yeni baş məşqçisinin adı açıqlandı
07.07.2012 - 13:02
Hollandiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol federasiyası həmin vəzifəyə Lui van Qalı təyin etdiyini açıqlayıb. 60 yaşlı hollandiyalı mütəxəssisi həmyerlisi, Avropa çempionatında uğursuz çıxışdan sonra istefa verən Bert van Marveyki əvəzləyib. Yeni çalışdırıcının köməkçisi “Ayaks”ın sabiq texniki direktoru Danni Blind olacaq.
Qeyd edək ki, bu, van Qalın yığmanın baş məşqçi postuna qayıdışıdır. Belə ki, o, 2000-2002-ci illərdə millisini çalışdırıb. “Ayaks”, “Alkmaar”, “Barselona” klubunu çalışdırmış mütəxəssisin son iş yeri “Bavariya” olub.

0
0