Millimizin rəqibi iyulun 10-unu gözləməlidir
07.07.2012 - 13:41
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasında yeni baş məşqçi təyinatı ilə bağlı açıqlama verilib. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı (RFİ) mətbuatda müxtəlif namizədlərin hallandırılmağı, hətta əvvəlki rəhbərliyin adı açıqlanmayan mütəxəssislə müqavilə imzalanmağı ilə bağlı yayılan çoxsaylı xəbərlərlə bağlı rəsmi açıqlama verməli olub.
Bildirilir ki, RFİ hazırda baş məşqçi postuna mümkün namizədlərlə heç bir müqavilə imzalamayıb. İyulun 10-da qurumun rəsmi saytında məşqçilərin siyahısı açıqlanacaq. RFİ həmin namizədlərlə əməkdaşlıqla bağlı müqavilə imzalanmaqla bağlı danışıqlar aparacaq.

0
0