Aygün Kazımova: Mundialın ölkəmizdə keçirilməsi çox əhəmiyyətlidir
07.07.2012 - 23:24
“Futbol üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi idmanımız üçün çox əhəmiyyətlidir”. Bunu apasport.az saytına açıqlamasında xalq artisti Aygün Kazımova deyib.
FİFA U-17 qızlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı ilə bağlı Dənizkənarı Milli Parkda təşkil edilən konsertə qatılan Kazımova futbola aid mahnı ifa edib. O, mundialın ölkəmizdə əhəmiyyətini vurğulamaqla yanaşı, çempionatın oyunları zamanı Bakıya gələcək 3 ulduz barədə fikirlərini açıqlayıb: “Mundialla əlaqədar olaraq, 3 ulduz da ölkəmizə gələcək. Heç vaxt inanmazdım ki, Cenifer Lopez, Rehanna və Şakira qısa vaxt ərzində Baakıda olacaq”.
Əvvəlllər idmanla məşğul olduğunu bildirən xalq artisti yenidən məşqlərə qatılmaq haqda düşündüyünü də gizlətməyib: “Həndbol üzrə yığmanın üzvü olmuşam. Ampulam qapıçı idi, həm də kapitan sarğısını daşıyırdım. Hərdən fikirləşirəm ki, yenidən idmana qayıdım. Təbii ki, bu çətin olacaq. Çünki ağır məşqlər keçmək lazımdır”.

0
0