“Xəzər Lənkəran” Tallində problemlə üzləşdi
08.07.2012 - 07:05
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 10-da “Nomme Kalyu” ilə cavab matçını keçirəcək “Xəzər Lənkəran” dünən gecəyarısı çarter reysilə Bakıdan Tallinə üz tutdu. Apasport.az saytının xəbərinə görə, Estoniya Hava Yollarına məxsus 70 nəfərlik “Boeing” təyyarəsinin öncədən saat 00:00-da havaya qalxacağı deyilsə də, müəyyən problemdən reys təxminən 2 saat ləngidi.
Stüardessadan gecikmənin səbəbini öyrəndikdə məlum oldu ki, təyyarədə yanacaq problemi var.
Təxminən 4 saatlıq rahat uçuşdan sonra təyyarə Tallin Hava Limanında yerə endi. Pasport nəzarətindən keçdikdən sonra məlum oldu ki, məşqçi Zakir Mahmudov, həmkarımız Hüseyn Cəbrayıloğlu və adlarını dəqiqləşdirə bilmədiyimiz bir neçə futbolçunun vizasında problem var.
Artıq “ağ-yaşıllar”ın vitse-prezidenti Tuyqun Nadirovla, klubun rəisi Səməd Mustafayev çox da böyük olmayan bu problemlərin həlli ilə məşğuldur.
“Xəzər Lənkəran” Tallinə çatanda yerli vaxtla saat 04:00-ü göstərirsə də, qaranlıqdan əsər-əlamət yox idi. Hamı “Bəyaz gecələr”in gözəlliyindən danışa-danışa, komanda üçün ayrılmış avtobusla “Radisson Blu” otelinə yollandı.
Komanda bu gün axşam saatlarında Tallində ilk məşqinə çıxacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” və “Nomme Kalyu” arasında Lənkəranda keçirilmiş ilk oyun məhsuldar heç-heçəylə nəticələnmişdi – 2:2.

0
0