İstirahəti fiziki yükləmələr əvəzlədi
08.07.2012 - 15:13
İstirahəti fiziki yükləmələr əvəzlədi
“Qarabağ” Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırlıq mərhələsinin bu günündə 2 çalışma var.

Komanda dünənki istirahətin ardından ilk məşqə yerli vaxtla 10:30-da start verdi. Hər zaman olduğu kimi səhər məşqi fiziki yükləmələrlə keçdi. Belə desək, dünənki istirahət futbolçularla baha başa gəldi. 1 saat 45 dəqiqə davam edən məşqdə futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək, sürət, tüxnika, koordinasiya və fiziki davamlılıq üzərində işlədilər.

Komandada zədəli futbolçuların olmaması üzləri güldürür. Sadəcə, Muarem Muarem çalışmanı erkən tərk etməli oldu. “Zob Ahan”la yoxlama görüşündə bel nahiyəsinə zərbə alaraq meydanı erkən tərk etməyə məcbur olan türkəsilli Makedoniya vətəndaşı eyni nahiyədə yen ağrı duyması məşqini yarımçıq saxlamsına səbəb oldu. “Qarabağ”ın 2-ci məşqi saat 18:30-a nəzərdə tutulub.