Rail Məlikovun məqsədi
08.07.2012 - 16:17
Rail Məlikovun məqsədi
“Dinamo” ilə oyunda rəqibdən daha yaxşı təsir bağışladıq. Topa daha çox biz nəzarət edirdik və hücumlarımız kəsərli alınırdı”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Rail Məlikov deyib.

O, “Dinamo” ilə yoxlama oyununa münasibət bildirib: “Qələbə hər zaman komandadakı abu-havaya müsbət təsir göstərir. Məqsədimiz odur ki, “Zestafoni” səddini keçib azarkeşlərimizi sevindirək”.

Qeyd edək ki, “Neftçi” Rumıniya “Dinamo”suna 2:0 hesabı ilə qalib gəlib.
Mənbə: neftchifc.com