Andres İnyesta üçün qızıl ongünlük – FOTO
09.07.2012 - 09:00
Andres İnyesta üçün qızıl ongünlük – FOTO
Bu ilin iyul ayının ilk 10 günlüyü İspaniya milli komandasının futbolçusu Andres İnyesta üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, ayın ilk günündə İtaliya yığması üzərində 4:0 hesablı qələbə qazanmaqla Avropa çempionu olan yarımmüdafiəçinin sevincli günləri davam edir.

AVRO-2012-nin final oyununun ertəsi yarışın ən yaxşısı kimi “Qızıl top” mükafatını alan İnyesta üçün son həftəsonu da əlamətdar olub. Belə ki, “Barselona”nın orta sahə oyunçusu ailə həyatı quraraq, subaylığın daşını atıb.