“Yuventus”la UEFA kubokunu qazanan futbolçu “Neftçi”dən danışdı
09.07.2012 - 10:28
“Yuventus”la UEFA kubokunu qazanan futbolçu “Neftçi”dən danışdı
“Oyunun fasiləsində futbolçularıma iradlarımı bildirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Dinamo” klubunun italiyalı baş məşqçisi Dario Bonetti deyib.

Futbolçu kimi “Roma”, “Sampdoriya”, “Milan” və “Yuventus”da çıxış etmiş, sonuncularla UEFA kubokunu qazanmış, hətta İtaliya yığmasında da 2 oyun keçirmiş mütəxəssis çalışdırdığı Buxarest təmsilçisinin hazırlığından tam razı deyil. Bonetti yetirmələrinin Bakının “Neftçi” klubu ilə yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Neftçi” ilə qarşılaşmada ötürmələr istədiyimiz kimi alınmırdı. Bu yöndə çox çalışmalıyıq. Ümid edirəm ki, bu problemi də arxada qoyacağıq. Daha çox çalışmalıyıq ki, məşqdə etdiklərini meydanda da göstərə bilək”.

Qeyd edək ki, “Neftçi” rumıniyalıları 2:0 hesabı ilə məğlub edib.
0