İlk qələbə ilə ilk dəfə mərhələ keçmək üçün
09.07.2012 - 11:08
Sabah Avroliqada I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, keçiriləcək 4 oyundan biri Azərbaycan təmsilçisinin iştirakı ilə olacaq. Belə ki, turnirdəki klublarımızdan “Xəzər Lənkəran” cavab oyununa daha tez çıxacaq. Bu da onunla bağlıdır ki, Estoniyada 19 yaşadək yığmalar arasında Avropa çempionatının final mərhələsinin oyunları keçirildiyindən, UEFA lənkəranlıların “Nomme Kalyu” ilə təkrar matçının daha tez keçirilməyinə qərar verdi. Bununla da Yunis Hüseynovun baş məşqçisi olduğu komandanın taleyinə daha tez aydınlıq gələcək.
“Xəzər Lənkəran” evdəki oyunun nəticəsindən sonra çətin vəzifənin öhdəsindən gəlməlidir. Yəni Lənkərandakı 2:2 onu Tallindəki qələbəyə oynamağa vadar edir. Çünki kubok statuslu turnirlərin qaydalarına görə, 0:0 və 1:1 hesablı bərabərliklər meydan sahiblərini növbəti mərhələyə çıxaracaq. Bu da Estoniya təmsilçisinin səfərdə daha çox qol vurmağı ilə bağlıdır. Cənublulara 3:3 və daha məhsuldar bərabərliklər sərf edir ki, bunun qeydə alınmağı az real görünür. “Nomme Kalyu”nun səviyyəsi göstərdi ki, ona qalib gəlmək mümkündür və “Xəzər Lənkəran” əldən buraxdığı tarixi qələbəni səfərdə qazanmalıdır.
Bununla da klub 8 illik tarixində ilkə imza atacaq. Axı lənkəranlılar indiyə kimi avrokuboklarda keçirdiyi 11 oyunda hələ qalib gəlməyib, mərhələ keçməyib. Deməli, ilk qələbə ilk dəfə mərhələ keçmək üçün yetərli olacaq. Hüseynovun komandasına istənilən hesablı qələbə bəs etdiyindən, bunu, sadəcə, reallaşdırmaq lazımdır. Elə “İnter” də ötən həftə Estoniyada “Narva”nı 5:0 hesabı ilə yenməklə, bu ölkənin təmsilçisindən çox üstün olduğunu göstərdi.
Avroliqa, I təsnifat mərhələsi
Cavab oyunu
10 iyul
20:45. "Nomme Kalyu" (Estoniya) - "Xəzər Lənkəran"
Baş hakim: Daq Vidar Hafsas
Baş hakimin köməkçiləri: Sveyn İnqe Uiken, Jan Erik Enqan
Dördüncü hakim: Trond İvar Dovl (hamısı Norveç)
Hakim-inspektor: Yonas Braqa (Litva)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)
10 iyul. Tallinn. Kadrioru stadionu

0
0