® Coca-Cola şirkətinin yerləşdirdiyi reklam banneri istifadəçilər tərəfindən çox bəyənilib
09.07.2012 - 12:27
Məlum olduğu kimi, İnternetdə yerləşdirilən reklam və əyləncə vasitələrinin sayı həddindən artıq çoxdur. Məhz buna görə də hər hansı yeniliklər meydana çıxanda belə istifadəçilər nadir hallarda təəccüblənir. Lakin Coca-Cola şirkətinin yerləşdirdiyi və bir çox istifadəçilərin bəyəndiyi banner başqalarından çox fərqli oldu. Həmin banner “expandable” kimi tanınan banner növünə aid olduğuna görə kiçik ölçüdə mausla interaktiv hərəkətlərin edilməsi, bannerin daha da böyüdülməsi və onun içindəki reklam çarxının yayımlanması mümkündür. Bannerin müsbət tərəflərindən biri ondan ibarətdir ki, istifadəçi onu izlədiyi zaman əsla yorulmur, əhval-ruhiyyəsi qalxır. Qeyri-adi bannerin işləməsi bir daha sübut edir ki, diqqətə layiq olan hər hansı bir yenilik istifadəçilər tərəfindən maraqla qarşılanır.
0
0