Azərbaycana gəlməkdən imtina etdi, “Bakı”ya rəqib oldu
09.07.2012 - 12:53
Azərbaycana gəlməkdən imtina etdi, “Bakı”ya rəqib oldu
Bolqarıstanın milli komandasının və Plovdivin “Lokomotiv” klubunun futbolçusu Xristo Zlatinski Azərbaycanda oynamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi ona elçi düşən klublar arasında seçim edib.

Azərbaycan təmsilçilərindən birinin ayda 20 min avro təklif etməsinə baxmayaraq Zlatinski nə ölkəmizdə, nə də Qazaxıstan, Kipr və Almaniyada legioner həyatı yaşamağa arazı olub. Xristo ölkəsində - adlı-sanlı MOİK-də oynamağı üstün tutub.

Qeyd edək ki, Avropa Liqasında çıxış edəcək MOİK II təsnifat mərhələsində “Bakı” – “Mura” (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, Azərbaycan klubuna keçməkdən imtina edən yarımmüdafiəçi paytaxtın eyniadlı təmsilçisinə potensial rəqib olub.