“Xəzər Lənkəran”ı ittiham edənlər Biləcəridən o tərəfə getməyiblər”
09.07.2012 - 15:28
“Bakıdan Tallinə gələn çarter reysimiz yerli vaxtla saat 4-də buradakı hava limanına endi. Təbii ki, nümayəndə heyətimizdə hamının Şengen vizası vardı. Əks təqdirdə bizi Bakıdan buraxmazdılar”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Ölkəmizi Avroliqada təmsil edən Lənkəran klubu Estoniyanın “Nomme Kalyu” ilə səfərdəki cavab oyununa yollandığı zamanı hava limanında yubanmalı olub. Belə ki, nümayəndə heyətinin 10 nəfəri hava limanında saxlanıldı və bunun 5-i futbolçular – Kamal Bayramov, Alim Qurbanov, Kamran Abdullazadə, Elnur Abdullayev və Akif Tağıyev idi.
Məsələyə aydınlıq gətirən Nadirov Estoniya klubunun rəhbərliyinin onlara yardımçı olduğunu bildirib: “Gömrüyü keçdiyimiz zamanı estoniyalı sərhədçilər 10 nəfəri saxladı. Onlar həmin şəxslərin Şengen zonasında olmaqla limit günlərinin demək olar istifadə olunmağından şübhələndilər. Özü də bəzi nümayəndələrimizdə eyni vəziyyət olsa da, onları nədənsə buraxdılar. Problemin həllində “Nomme Kalyu”nun rəhbərliyi bizə kömək etdi. Biz bura bazar günü gəldiyimiz üçün sərhəd xidmətinin rəhbərliyi ilə tez əlaqə saxlamağımız mümkün olmadı. Bununla əlaqədar məsələnin həlli bir qədər uzandı. Ancaq indi hər şey normaldır, bütün saxlanılanlar artıq oteldədir”.
Nadirov onları qeyri-peşəkarlıqda ittiham etməyi düzgün saymır: “Başa düşürəm ki, “Xəzər Lənkəran”ı qeyri-peşəkarlıqda ittiham edənlər bütün həyatları boyu Biləcərindən o tərəfə getməyiblər və Şengen vizasının nə olduğunu bilmirlər. İstənilən halda, bu, onlara başucalığı gətirmir. “Xəzər Lənkəran” Şengen zonası ölkələrində təlim-məşq toplanışı keçməyi başlayan ilk Azərbaycan klubudur və bizim heç vaxt viza problemimiz olmayıb”.

0
0