Yunis Hüseynov: Biz də Estoniyadan qalib qayıtmağa çalışacağıq – MÜSAHİBƏ
09.07.2012 - 16:05
Azərbaycanı Avroliqada təmsil edən “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Estoniyanın “Nomme Kalyu” ilə ilk oyunda 2:2 hesablı heç-heçə komandanızın köklənməyinə güclü təsir etdi?
- Belə deməzdim. Komandada atmosfer yaxşıdır. İlk oyunda qələbə qazanmamağımıza baxmayaraq, futbolçular normal vəziyyətdədirlər və cavab oyununda qalib gəlmək fikrindədirlər. İnanıram ki, biz buna nail ola bilərik.
- Belə görünür ki, Lənkərandakı nəticə sizin üçün xoşagəlməz sürpriz oldu...
- Bəli, bu hesabı gözləmirdik. Rəqibin oyununu təhlil etdim və Lənkəranda qalib gələcəyimizə inanırdım. Təəssüf ki, bunu edə bilmədik. Demək istəmirəm ki, komandamız pis göründü. Mən yetirmələrinin oyunundan 65-ci dəqiqəyə kimi razıyam, ancaq buraxılan qol futbolçularımızı hansısa səviyyədə “sındırdı”. Belə olmamalıdır. Futbolu 90 dəqiqə oynamaq lazımdır. Biz qalib gələ bilərik. Hesab edirəm ki, hesab oyuna görə oldu.
- Siz 65-ci dəqiqədən sonra komandanızın “dayandığını” qeyd etdiniz. Bəlkə məsələ fiziki hazırlıqdadır? Hər halda, rəqibin çempionatı qızğın vaxtındadır...
- Estoniya klubu milli çempionatında 17 oyun keçirib. Komanda artımdadır, ancaq bu, bizimlə oyunda əks olunmadı. Biz rəqibdən qat-qat yaxşı oynadıq.
- İlk oyunda müdafiədə səhvlər oldu. 3-4 günə bu çatışmazlığı aradan qaldırmaq mümkün olacaq?
- Mən günahı müdafiəçilərin üstünə atmazdım. Uduzan və qalib gələn komandadır. Əgər səhvləri buraxırıqsa, onda günahkar hamı, o cümlədən məşqçilər korpusudur. Lənkəranda buraxdığımız səhvləri təkrarlanmamalıdır. Bu gün futbolçularla bu mövzuda yenidən danışacağam.
- Komandanın yeni futbolçuları olan Ruslan Abışovla Manuel Skarlatakenin oyunu necədir?
- Hər ikisi yaxşı təsir bağışladı.
- “İnter” artıq göstərdi ki, Estoniyada necə qalib gəlmək lazımdır...
- Fürsətdən istifadə edərək, “İnter” əla qələbə münasibətilə təbrik edirəm və ona gələcək oyunlarda uğurlar arzulayıram. Biz də Estoniyadan qələbə ilə qayıtmağa çalışacağıq.
- “Bakı” – “Mura” oyununun 0:0 hesabı ilə nəticələnməyi sizin üçün gözlənilməz oldu?
- Bəli. Bizim kimi, “Bakı” da yaxşı təsir bağışladı, ancaq qalib gələ bilmədi. İnanıram ki, bakılılar cavab oyununda qələbə qazanacaq.

0
0